Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “İran Azərbaycanla nüvə enerjisi üzrə əməkdaşlığa hazırdır”

“İran Azərbaycanla nüvə enerjisi üzrə əməkdaşlığa hazırdır”

“Biz hesab edirik ki, sülh məqsədi ilə nüvə enerjisini istehsal etmək bütün dünya ölkələrinin haqqıdır”.

APA-nın verdiyi xəbərə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün keçirilən mətbuat konfransında deyib.

“Düşünürük ki, neft-qaz enerjisinin ömrü uzun deyil. Gələcəkdə dünya alternativ enerjiyə – atom enerjisinə ehtiyac duyacaq. Hər bir ölkənin sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqı var”, – deyə səfir qeyd edib.

Səfir İranın bu sahədə istənilən ölkə ilə, o cümlədən Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın