Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / İcra Hakimiyəti Nardaran meydanını təmizləyir: Cənazə namazı qılınacaq- Fotolar

İcra Hakimiyəti Nardaran meydanını təmizləyir: Cənazə namazı qılınacaq- Fotolar

Nardaranda “İmam Hüseyn” meydanı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təmizlənir.
 
Musavat.com-un Nardaranda olan reportyoru xəbər verir ki, polislə silahlı toqquşmada ölənlərin meyitinin əvvəlcə meydana gətiriləcəyi və burada cənazə namazı qılınacağı gözlənilir.
Ölənlərin sayının 5 olduğu bilinir, amma kənd sakinlərinin dediyinə görə, bu rəqəm dəqiq deyil və ölü sayı çox da ola bilər: “Biz də mətbuatda yazılandan bilirik ki, 5 nəfər ölüb. Amma çox olduğunu da deyənlər var. Daha dəqiqini cənazələri gətirəndə biləcəyik”.
Qeyd edək ki, noyabrın 26-dan kənd sakinləri tərəfindən qurulan postlar sökülüb. “İmam Hüseyn” meydanı boşaldılıb. Nardaran camaatı meyitlərin verilməsini, elektrik enerjisinin bərpa edilməsini gözləyir.
Kəndə avobusun hərəkəti tam bərpa olunub. Elektrik enerjisi verilmədiyindən telefon xətləri də işləmir.



Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın