2018-ci ildə İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək.
Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
XİN rəsmisi bildirib ki. ölkələrimiz arasında əlaqələri yüksək səviyyədədir: “Ölkələrimiz bir-birilərini daima beynəlxalq təşkilatlarda dəstəkləyirlər. İran prezidentinin gələn il baş tutacaq səfəri zamanı siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə məsələlər müzakirə olunacağı gözlənilir. Bundan əlavə səfər zamanı Şimal-Cənub nəqliyyat dəhlizinə dair müzakirələr olacaq”.