Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Qarabağa qanunsuz səfər edən 10 əcnəbi Azərbaycandan üzr istəyib

Qarabağa qanunsuz səfər edən 10 əcnəbi Azərbaycandan üzr istəyib

Azərbaycanın Xarici İşlər Nazirliyi işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər etmiş 600-ya yaxış şəxsin adını arzuolunmaz şəxslər siyahısına salıb.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq 10 nəfər adlarının “qara siyahı”dan çıxarılması üçün Azərbaycana müraciət edib: “Hazırda bununla bağlı araşdırma aparılır. Müraciətlərin əksəriyyəti təmin olunub”.

H. Hacıyev həmçinin Türkiyədən olan bir qrup ziyalı – Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsi ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarının Türkiyənin hüquq-mühafizə orqanları ilə təmaslarının davam etdirdiyini bildirib:

“Hazırda faktla bağlı açılan cinayət işi üzrə iş davam edir. Bunula bağlı Türkiyə tərəfinə müraciət edilib. Onlar hələ ki Azərbaycandan üzr istəməyiblər. Aparılan təbliğat və maarfləndirmə işləri nəticəsində insanlar artıq Ermənistanın yalanlarına uymurlar, həmçinin bəzi ölkələrin xarici işlər nazirlikləri bu cür səfərlərin hüquqi məsuliyyət daşıması ilə bağlı öz internet səhifələrinə xəbərdalıqlar yerləşdirib”.(AzVision.az)

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …