Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Erməni ordusunun qərargahı məhv edildi – Video

Erməni ordusunun qərargahı məhv edildi – Video

Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətıbuat xidmətindən məlumat verilib.

Qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.

Bütün cəbhə boyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.

Həmçinin oxuyun

“Azərbaycanla delimitasiya prosesini sürətləndirmək lazımdır” – Paşinyan

“Dörd kəndin yaxınlığındakı delimitasiya olunmamış sərhəd münaqişəyə səbəb ola bilər”.Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan …

Bir cavab yazın