Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Daha bir azərbaycanlı xanım deputat seçildi – Foto

Daha bir azərbaycanlı xanım deputat seçildi – Foto

İsveç Sosial-Demokratlar Partiyasının fəalı İradə Əliyeva Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçilib.

Bu barədə Axar.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.

O bildirib ki, builki seçkilərdə yenidən namizədliyini verən İradə Əliyeva Jönköpinq əyalət parlamentinə deputat seçilib.

Qeyd edək ki, İradə Əliyeva 2004-cü ildən İsveçdə yaşayır. 2007-ci ildən İsveçın ən böyük partiyası olan Sosial-Demokratlar Partiyasının fəal üzvüdür. 2010-cu ildə seçkilərdə Jönköpinqs landsting (əyalət) parlamentinə namizədliyimi verib və həmin əyalət parlamentinə seçilib. Bundan başqa 2010-2014-cü illərdə Jönköpinq bələdiyyəsinin Təhsil və İş Bazarı Komissiyasının üzvü, Sosial- Demokrat Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvüdür.

İradə Əliyevanın 2012-ci ildən öz sosial, hüquqi və iqtisadi məsələlər üzrə məsləhətçi( konsult) şirkəti var.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …