Ana səhifə / Siyasət / Çavuşyan: “Ruslar tələb edir, silahı verməli, “bayrağı” endirməliyik”

Çavuşyan: “Ruslar tələb edir, silahı verməli, “bayrağı” endirməliyik”

Rusiyalı sülhməramlılar bizdən silahlarımızı təhvil verməyimizi tələb edir.

Axar.az xəbər verir ki, bunu “Lragir.am” saytına açıqlamasında Laçın rayonu ərazisindən keçən dəhlizdə qalan Zabux kəndində məskunlaşmış icmanın rəhbəri Andranik Çavuşyan deyib.

O, silahı sülhməramlılara təhvil vermək istəmədiyini, amma rusların ondan həmçinin kənddəki qondarma bayrağı endirməyi də tələb etdiyini bildirib.

Çavuşyan Laçın şəhəri və digər bölgələrdəki ermənilərin silahı çoxdan ruslara təhvil verdiyini deyib. Təslim olmayacağını deyən “icma rəhbəri” ehtiyac yaranacağı təqdirdə “Axavno Respublikası” elan edəcəyini bildirib.

Çavuşyan hazırda Zabuxda cəmi 11-13 ailənin qaldığını, kəndin yaxınlığında çoxlu sayda Azərbaycan əsgərinin olduğunu deyib.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …