Bazar ertəsi , May 6 2024
Ana səhifə / Siyasət / Cavid Hüseynov həbsdə qaldı – Qərar

Cavid Hüseynov həbsdə qaldı – Qərar

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Qəbələ” futbol klubunun hazırda həbsdə olan futboçusu Cavid Hüseynovun apelyasiya şikayətinə baxılıb.

C.Hüseynovun vəkili Adəm Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Səbayıl Rayon Məhkəməsinin C.Hüseynov haqda həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinin təmin olunmaması barədə qərarından apelyasiya şikayəti verilib

Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda vəsatət təmin edilməyib. Cavid Hüseynov həbsdə qalıb.

Qeyd edək ki, Cavid Hüseynovun jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 307-ci (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə təqsirləndirib və Səbayıl Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …

Bir cavab yazın