Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Cahangir Hacıyev Kürdəxanı təcridxanasına aparıldı

Cahangir Hacıyev Kürdəxanı təcridxanasına aparıldı

Beynəlxalq Bankın barəsində bu gün məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş sabiq prezidenti Cahangir Hacıyev artıq təcridxanaya köçürülüb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, C.Hacıyev Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasına etap olunub.

*   *   *17:29

Azərbaycan Beynəlxalq Bankının (ABB) sabiq sədri Cahangir Hacıyev həbs edilib.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub.

İnformasiyaya görə, ABB-in sabiq rəhbəri barədə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.

O da bildirilir ki, sabiq bankir DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) keçirdiyi əməliyyat nəticəsində tutulub.

Xatırladaq ki, C.Hacıyev buna qədər də dəfələrlə “Bandotdel”ə çağırılaraq dindirilmişdi. Beynəlxalq Bankın milyardlarla manatlıq qaytarılmayan kreditləri işi üzrə istintaq çərçivəsində C.Hacıyev az qala hər gün “Bandotdel”də ifadə verirdi.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın