Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Bərdədə Heydər Əliyevin tikdirdiyi bulaqları sökdülər

Bərdədə Heydər Əliyevin tikdirdiyi bulaqları sökdülər

70-ci illərdə inşa edilmiş içməli su mənbələrinin sökülməsinin səbəbi kimi, rəhbərliyin sabiq prezidentdən xoşlanmaması göstərilir

Bərdə rayonunda 70-ci illərdə Heydər Əliyev tərəfindən inşa edilmiş bulaqların hamısını söküblər. JAM.AZ xəbər verir ki, bu barədə məlumatı Zahid Mikayılov Facebook sosial şəbəkəsində yayıb.

Mikayılovun yaydığı xəbərdə deyilir ki, söküntü işlərinin bir qismini Bərdə rayon Məhkəməsinin sədri Ağarza Səmədov həyata keçirib. Belə ki, o, məhkəmə binasının qarşısındakı bulaqları dağıtdırıb və bunu ümumi görünüşə xələl gətirdiyi ilə əsaslandırıb.

Lakin Zahid Mikaylov iddiə edir ki, bulaqların sökülməsinin səbəbi heç də hakimin dediyi kimi deyil. Onun sözlərinə görə, təkcə Ağarza Mikayılov yox, ümumilikdə Bərdə rayonuna rəhbərlik edənlərin Heydər Əliyevdən xoşları gəlmir və o səbəbdən də sabiq prezidentlə bağlı bütün izlər məhv edilir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın