Bazar ertəsi , May 6 2024
Ana səhifə / Siyasət / Bakı-Tiflis-Ərzurum boru xəttində partlayış baş verib

Bakı-Tiflis-Ərzurum boru xəttində partlayış baş verib

Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış baş verib.

APA-nın xəbərinə görə, hələlik partlayışın səbəbi müəyyənləşdirilməyib. Qars valisi Günay Özdəmir hadisə ilə bağlı araşdırmaların davam etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib. Onun sözlərinə görə, hadisə Sarıqamış rayonunda qeydə alınıb. Meşə sahəsində baş verən partlayışın səbəbi araşdırılır.

Yanğının meşəyə keçməsinin qarşısı alınıb. Şahidlərin bildirdiyinə görə, partlayışın səsi 20 km uzaqlıqdan eşidilib.

Həmçinin oxuyun

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …

Bir cavab yazın