Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Azəriqaz”ın sürücüsü özünü 10-cu mərtəbədən atdı

“Azəriqaz”ın sürücüsü özünü 10-cu mərtəbədən atdı

Bakıda intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsi 126 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü İqbal Kərtim oğlu Zeynalov 10-cu mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Nizami Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, intihar edən şəxs “Azəriqaz”da sürücü işləyirmiş. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın