Ana səhifə / Siyasət / Azərbaycandakı HDP-çilər haqda şok açıqlama: 25 faizdən çoxdur

Azərbaycandakı HDP-çilər haqda şok açıqlama: 25 faizdən çoxdur

“Türkiyə seçkilərində xaricdə səsvermələr 9 mayda başa çatacaq. Azərbaycanda olan Türkiyə vətəndaşları da seçkilərdə iştirak edəcəklər, səs verəcəklər. Amma ötən seçkilərdə Azərbaycanda olan Türkiyə vətəndaşlarının 25 faizdən çoxu HDP-yə səs vermişdi. HDP terrorla bağlı bir partiya olduğu üçün bu məsələ bizi ciddi narahat edir”.

Bunu parlamentin iclasında deputat Sabir Rüstəmxanlı deyib. Deputat bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib:

“Mən aidiyyəti üzrə müraciət edirəm ki, bu məsələ ilə bağlı araşdırma aparılsın. Azərbaycanda yaşayan HDP dəstəkçiləri ilə bağlı araşdırmalar aparılsın”. 

Həmçinin oxuyun

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …