Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verdi

Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verdi

Kömür mədənində baş verən faciə ilə əlaqədar
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

Məktubda deyilir: “Hörmətli cənab Prezident!

Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın