Ana səhifə / Siyasət / Arazdəyən-Horadiz dəmir yolunun açılması ilə bağlı müzakirə aparıldı

Arazdəyən-Horadiz dəmir yolunun açılması ilə bağlı müzakirə aparıldı

İrəvan və Bakı Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu çərçivəsində Arazdəyən – Horadiz dəmir yolunun açılması imkanlarını müzakirə edir.
Bu barədə Ermənistan parlamentinin hökumət saatında Baş nazirin müavini Mher Qriqoryan deyib.
“Dəmir yolu ilə bağlı qarşılıqlı anlayış formalaşıb. Danışıqlarımız Arazdəyən-Horadiz xəttinə aiddir. Bu hissə ona görə vacibdir ki, Yeraşxdan İranla və Gürcüstanla əlaqə yaratmağa imkan verir. Beləliklə, bu dəmir yolu xətti regional əhəmiyyətə malikdir”, – deyə Qriqoryan qeyd edib.
Xatırladaq ki, dekabrın 1-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupunun sonuncu görüşü keçirilib.

Həmçinin oxuyun

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …