Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Siyasət / Alkoqollu içkilər və tütün məmulatları ilə bağlı dəyişiklik – Artur Rəsizadə qərar verdi

Alkoqollu içkilər və tütün məmulatları ilə bağlı dəyişiklik – Artur Rəsizadə qərar verdi

Azərbaycan Nazirlər Kabineti “Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 289 nömrəli fərmanının icrası barədə” qərarında dəyişikliklər edib.
Dəyişikliklərlə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb. Qərara əsasən, bundan sonra alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı ilə bağlı keyfiyyət göstəricilərinə dövlət nəzarətini təkmilləşdirmək məqsədi ilə xüsusi razılıq (lisenziya) verilməsi üçün təkmilləşdirilmiş əlavə şərtlər tələb olunmayacaq.
Sənəddə Azərbaycan ərazisində mülkiyyət formasından asılı olmayaraq etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatlarının qanunsuz (lisenziyasız) istehsal edilməsinə qarşı müvafiq dövlət orqanlarının əlaqəli mübarizəsinin təşkil edilməsi ilə bağlı hissə də ləğv edilib.

Həmçinin oxuyun

Paşinyan Azərbaycana GƏLƏCƏK?

Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla …

Bir cavab yazın