Sosial şəbəkədə biz:
“Yaltaqlığın başqa yollarını axtarın!” – Yazıçı
Xəbər Şəkli

“Yaltaqlığın başqa yollarını axtarın!” – Yazıçı

26 June 2026, 11:03
Siyasət

“Deyirəm, bu deputatlar danışanda mütləq səhv buraxırlar, inanmırsınız! Deputat Ziyad Səmədzadə deyir ki, "Nigeriyada bizdən çox neft çıxarırlar, amma onlar bizdən yoxsul yaşayırlar”.

Bu açıqlama ilə yazıçı Xeyrəddin Qoca çıxış edib.

O, millət vəkili ziyad Səmədzadəsinin məlum açıqlamasına sərt reaksiya verib: 

“Bu adam nə demək istəyir? Nigeriya ilə bizi niyə müqayisə edir? Nigeriyanın bizə nə dəxli var?

Nəhayət, Nigeriya hara, biz hara?

Adam belə mənasız, məntiqsiz fikirləri eşidəndə dəli olmaq istəyir!

A kişilər, yaltaqlığın başqa yollarını axtarın!..”