Ermənistanın Baş naziri Nikol Paşinyanın müxalifət nümayəndələri ilə polemikasına dair daha bir video paylaşılıb.
Parlamentdə çıxış edərkən o, "Güclü Ermənistan" fraksiyasından olan millət vəkili Anuş Mirzoyanla mübahisəyə girişib.
"Güclü Ermənistan" fraksiyasından olan Anuş Mirzoyan bildirib: "Erməni anaları və ataları oğullarının Türkiyə "Bayraktar"ları altında ölməsini istəmirdilər".
Paşinyan cavab olaraq bu məsələni "Qarabağ hərəkatı"nın davam etdirilməsinin nəticələri ilə əlaqələndirib:
"Bəli, haqlısınız. Amma "Qarabağ hərəkatı" mövcud olduğu müddətcə, insanlar istəsələr də, istəməsələr də, onların uşaqları "Bayraktar"lar altında ölməli idilər. Mən uşaqlarımla başqaları arasında heç bir fərq qoymadım, çünki bu ideyaya inanırdım. Amma dövlət başçısı kimi mən də həqiqətlə üzləşdim: problemimizin nə olduğunu görməliyik. Bəyan edirəm ki, Ermənistan "Qarabağ hərəkatı"ndan imtina edir".