Ermənistanın Baş naziri Nikol Paşinyan sosial media səhifəsində Ermənistan Respublikasının yeni Konstitusiyasının layihəsi barədə paylaşım edib.
Bu barədə news.am saytı məlumat yayıb.
"Əziz xalqım, əziz Ermənistan Respublikasının vətəndaşları! Bu məqsədlə xüsusi olaraq yaradılmış veb saytında Ermənistan Respublikasının yeni Konstitusiyasının layihəsini təqdim etməkdən məmnunam. Veb sayt hər bir vətəndaşın yeni Konstitusiyanın layihəsini oxuması və təkliflərini verməsi üçün mümkün qədər rahat şəkildə yaradılıb. Saat 10:00-da canlı yayımda çıxış edəcəyəm".
Məlumata görə, mətndə Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Sənəd 89 maddədən ibarətdir.
Qeyd edək ki, bu, Ermənistanla sülh sazişinin imzalanması üçün Azərbaycanın son şərtidir.