Sosial şəbəkədə biz:

Bu MTK-nın sahibi həbs edildi

Bu MTK-nın sahibi həbs edildi
Xəbər Şəkli
23 November 2026, 10:14
Kriminal

“Vesta Construction” MTK-nın sahibi Ceyhun Musarza oğlu Quliyev həbs edilib.

O, 1 milyon manatdan çox dələduzluqda ittiham olunur.

Şirkət rəhbəri çoxsaylı vətəndaş şikayəti əsasında polis tərəfindən saxlanılıb.

İttihama görə, “Vesta Construction” MTK tərəfindən bir mənzil bir neçə şəxsə satılıb. Bu yolla satılan mənzillərin sayı çoxdur. 

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə yekun ittiham verilib. İş üzrə 7 nəfər zərərçəkmiş var.

Qeyd edək ki, sözügedən şirkətlə bağlı saytımıza da şikayət daxil olmuşdu.

Qafqazinfo