Sosial şəbəkədə biz:

Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub

Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Xəbər Şəkli
19 November 2026, 08:43
Siyasət

18 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.