Oqtay Əsədov bu vəzifəsindən də kənarlaşdırıldı - Yerinə icra başçısının oğlu seçildi + FOTO
Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyası İctimai Birliyinin ümumi yığıncağında qurumun prezidenti seçilib.
Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bu gün nazirliyin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Nazir həmçinin 22 il federasiyaya rəhbərlik etmiş Oqtay Əsədova və bütün üzvlərə fəaliyyətlərinə görə minnətdarlığını bildirib.
İclasın gündəliyi təsdiq edildikdən sonra 2022-2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabat təqdim edilib. Hesabat səsvermə yolu ilə təsdiqlənib. Daha sonra "Azərbaycan Tennis Federasiyası" İctimai Birliyinin Nizamnaməsi yeni redaksiyada səsvermə yolu ilə qəbul olunub.
Ənvər Ənvərli çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib. Yığıncaqda çıxış edən federasiyanın sabiq vitse-prezidenti Mehman Qocayev isə yeni rəhbərliyə fəaliyyətində uğurlar arzulayıb.
Xatırladaq ki, Oqtay Əsədov 2005-ci ildən 2020-ci il martın ayınadək Milli Məclisin sədri vəzifəsində çalışıb. 2020-ci ildə spikerlikdən kənarlaşdırılıb. 2024-cü ildə isə parlament seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmədiyindən Milli Məclisdən də kənarda qalıb. O, 2004-cü ildən Azərbaycan Tennis Federasiyasına rəhbərlik edirdi. Bu gün həmin vəzifəsini də itirdi
Onu əvəz edən Ənvər Ənvərli Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğludur.
AzPolitika.info