Kanadanın “Visual Capitalist” analitik platforması BMT və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatları əsasında 237 ölkəni əhatə edən reytinq hazırlayıb.
Araşdırmaya görə, 2026-cı ildə dünyada orta ömür uzunluğu 73,8 il təşkil edib. Ən yüksək göstərici Monakoda qeydə alınıb – 86,7 il. Sonrakı yerlərdə San-Marino (86 il) və Honkonq (85,9 il) qərarlaşıb.
İlk onluğa Yaponiya, Cənubi Koreya, İsveçrə və Avstraliya da daxil olub.
Müstəqil Dövlətlər Birliyi ölkələrində vəziyyət
MDB ölkələri arasında Azərbaycan 74,9 il göstərici ilə ilk yerlərdədir. Ölkəmiz siyahıda yalnız Belarusdan geri qalır.
Digər ölkələrin göstəriciləri belədir:
Qazaxıstan - 74,8 il
Rusiya – 73,7 il;
Özbəkistan – 72,8 il;
Tacikistan – 72,2 il;
Qırğızıstan – 72,1 il;
Türkmənistan – 70,2 il.
Ömür uzunluğunun ən aşağı olduğu ölkələr
Reytinqdə ən aşağı göstərici Nigeriyada qeydə alınıb – 55 il.
Ömür uzunluğunun aşağı olduğu digər ölkələr arasında Çad (55,6 il), Cənubi Sudan (58 il), Mərkəzi Afrika Respublikası (58,2 il), Lesoto (58,6 il) və Somali (59,3 il) yer alıb.
Ekspertlərin fikrincə, ömür uzunluğuna genetika, həyat tərzi, qidalanma, tibbi xidmətlərin əlçatanlığı, təhsil, ekologiya və təhlükəsizlik kimi amillər təsir göstərir. Modern.az