Fransada yaşayan gənc yazıçı Ramazan Tağıyev Fransa Prezidenti Emanuel Makrona məktub ünvanlayıb.
Makron gənc yazıçıya cavab məktubu yazıb.
Sözügedən məktubu təqdim edirik:
“Hörmətli cənab,
Fransa Respublikasının Prezidenti ona ünvanladığınız elektron məktubu qəbul etmişdir və mənə Sizə cavab vermək tapşırığını vermişdir. Müraciətinizi həssaslıqla qarşılayan cənab Emmanuel Makron Sizə dərin təşəkkürünü bildirir.
O, həyat yolunuz və təqdim etdiyiniz şəxsi hekayənizlə diqqətlə tanış olmuşdur. Dövlət başçısı ilk iki kitabınız, ifadə azadlığı uğrunda fəaliyyətiniz və fransız dili və mədəniyyətinə göstərdiyiniz maraq münasibətilə Sizi təbrik etmək istəyir.
O, yazıçılıq fəaliyyətinizi davam etdirməyiniz üçün Sizə öz dəstək və ruhlandırıcı sözlərini çatdırır, həmçinin gələcək yolunuzda uğurlar arzulayır. Hörmətli cənab, Sizə ən səmimi hörmət və ehtiramımı bildirirəm.
Laurent Carrié
Prezidentin müşaviri”.