Sosial şəbəkədə biz:
MSK səslərin 40 faizini saydı: Paşinyanın faizi düşdü, amma...
Xəbər Şəkli

MSK səslərin 40 faizini saydı: Paşinyanın faizi düşdü, amma...

08 June 2026, 08:10
Siyasət

Ermənistanda keçirilən parlament seçkilərində səslərin sayılması davam edir. Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumatlara görə, artıq seçki bülletenlərinin təxminən 40 faizi hesablanıb.

Hazırkı nəticələrə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası böyük üstünlüklə irəlidədir. Lakin onun partiyasının faizi əvvəlki rəqəmlərdən xeyıi geriyə gedib.

MSK-nın açıqladığı rəqəmlərə görə, 2005 seçki məntəqəsindən 1029-nun nəticələri emal olunub. Bu mərhələdə 587 min 194 bülleten hesablanıb ki, bu da ümumi səslərin 58,97 faizinə bərabərdir.

İlkin nəticələr belədir:

▪️ Vətəndaş Müqaviləsi Partiyası – 303 648 səs (51,71 faiz) – 62 mandat

▪️ “Güclü Ermənistan” bloku – 136 226 səs (23,20 faiz) – 27 mandat

▪️ “Ermənistan” bloku – 54 768 səs (9,33 faiz) – 11 mandat

▪️ “Çiçəklənən Ermənistan” Partiyası – 25 218 səs (4,29 faiz) – 5 mandat

▪️ “Mənim şərəfim var” bloku – 13 462 səs (2,29 faiz)

Mərkəzi Seçki Komissiyasının qrafik məlumatına əsasən, hazırkı hesablamalarda Vətəndaş Müqaviləsi Partiyası parlamentdə 105 mandatdan 62-ni əldə edir. “Güclü Ermənistan” bloku 27, “Ermənistan” bloku 11, “Çiçəklənən Ermənistan” isə 5 mandat qazanır.

Beləliklə, indiki nəticələr təsdiqlənərsə, Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə parlamentdə rahat çoxluq əldə edərək hökuməti təkbaşına formalaşdırmaq imkanını qoruyur.

Qeyd edək ki, seçkilərin yekun nəticələri hələ açıqlanmayıb və səslərin sayılması davam edir.

Musavat.com