Sosial şəbəkədə biz:

Xaricdən 87 qəpiyə gətirilən mərci marketlərdə 3,64 manata satılır

Xaricdən 87 qəpiyə gətirilən mərci marketlərdə 3,64 manata satılır
Xəbər Şəkli
24 November 2026, 00:52
İqtisadiyyat

Bu ilin sentyabr ayı ərzində Azərbaycana ümumi dəyəri 126,9 min dollar olan 248,41 ton qurudulmuş mərci idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan mərcinin 1 kiloqramının orta gömrük dəyəri 0,51 dollar (87 qəpik) təşkil edib.
Məlumata görə, sentyabr ayında Azərbaycana 3 ölkədən mərci gətirilib. Rusiyadan 156,91 ton idxal edilib və 1 kiloqramın orta gömrük dəyəri 0,48 dollar (81 qəpik) olub. Qazaxıstandan 89,8 ton (96 qəpik), Kanadadan isə cəmi 1,7 ton (1,52 manat) mərci idxal edilib.
Məlumat üçün bildirək ki, bu ilin sentyabr ayında daxili bazarda xaricdən gətirilən mərcinin 1 kiloqramının orta pərakəndə satış qiyməti 3,64 manat olub.