Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Zurabişvili: “Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi məsələsini təxirə salmaq olmaz”

Zurabişvili: “Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi məsələsini təxirə salmaq olmaz”

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanla sərhəddə yerləşən David Qareci sərhədyanı zonaya baş çəkib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə dövlət başçısı administrasiyasının mətbuat xidməti məlumat yayıb.

S.Zurabişvili sərhədçilərlə görüşüb. Görüşdən sonra o bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni tezliklə həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …