Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədovun daha bir adamı hədəfdə – Ələkbərov biznesini ölkədən çıxarır

Ziya Məmmədovun daha bir adamı hədəfdə – Ələkbərov biznesini ölkədən çıxarır

Nəqliyyat naziri Ziya Məmmədovun ətrafındakı dairə günbəgün daralır.

Belə ki, onun təkcə səlahiyyətləri əlindən alınmır, həm də ətrafı, MDB məkanına uzanan “qolları” sıradan çıxarılır.

Arqument.Az-a daxil olan ilginc məlumata görə, Ziya Məmmədovun yaxın adamlarından biri kimi tanınan Qulam Ələkbərov da hədəfə alınıb. Onun Azərbaycandakı biznesini ölkədən çıxardığı iddia olunur. Bununla yanaşı, Qulam Ələkbərovun ölkədən pullarını da nağd şəkildə çıxardığı vurğulanır.

Mənbənin sözlərinə görə, Ələkbərovun kriminal aləmlə ciddi əlaqələrinin olması ilə yanaşı, Ukraynada böyük biznes şəbəkəsi də mövcuddur. Ölkədə baş verən iqtisadi böhran və manatın məzənnəsinin dollara nisbətdə iki dəfə ucuzlaşmasını, həmçinin gələcəkdə baş verə biləcək devalvasiyanı nəzərə alan Ələkbərov biznesini tamam Azərbaycandan çəkmək qərarı verib.

İddia olunur ki, məlum MTN olaylarından sonra bir çox məmurlar kimi Ziya Məmmədovun yaxın ətrafı da, xüsusən Qulam Ələkbərov da gələcəkdə hər hansı ekstremal hal baş verərəsə, özlərini sığortalamaq məqsədi ilə Azərbaycandan uzaqlaşmaq qərarına gəliblər. Görünür, Ələkbərovun bu addımı atması onunla bağlı durumun heç də ürəkaçan olmadığından xəbər verir.

Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın