Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Zaxarova Qarabağdan danışdı: “Rusiya həlledici səy göstərir”

Zaxarova Qarabağdan danışdı: “Rusiya həlledici səy göstərir”

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyi dəyişməz olaraq qalır”. 

Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib.“Dəhşətli və qanlı Qarabağ münaqişəsi çox sayda günahsız insana ölüm və əzab gətirib. Və Rusiya bunu həmişə böyük faciə hesab edib və hesab etməkdə davam edir. Mən bir daha Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini təkrarlamaq istəyirəm. Bizim ölkəmiz bu münaqişənin sülh yolu ilə nizamlanması yollarının axtarışı istiqamətində tərəflərə kömək üzrə əhəmiyyətli, çox böyük və həlledici səylər göstərir. Biz, bu regiondakı siyasətimiz və bu istiqamətdə Rusiya kursunun formalaşmasına yanaşma kontekstində bundan sonra da məsələyə böyük diqqət ayıracağıq”, – deyə Zaxarova vurğulayıb. (Azvision.az )

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …