Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Zakir Həsənov Türkiyə müdafiə sənayesini təmsil edən nümayəndə heyəti ilə görüşdü – Foto

Zakir Həsənov Türkiyə müdafiə sənayesini təmsil edən nümayəndə heyəti ilə görüşdü – Foto

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demirin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Türkiyə Müdafiə Sənayesi Komitəsi, “STM”, “ROKETSAN”, “HAVELSAN” şirkətlərinin və “ASELSAN-Bakı” ofisinin rəhbər heyətlərini salamlayan müdafiə naziri ölkələr arasında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və bu əlaqələrin daha da genişlənməsində dövlət başçılarının dostluq və qardaşlıq münasibətlərinin böyük rol oynadığını qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi-texniki əməkdaşlığının aktual məsələləri müzakirə edilərək müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və metodları, xüsusilə də Vətən müharibəsində əldə edilən döyüş təcrübəsi nəzərə alınmaqla iki ölkə arasında yeni birgə layihələrin həyata keçirilməsi yolları müəyyən edilib.

Əminliklə bildirilib ki, əsas diqqət qoşunların texniki təchizatının daha da gücləndirilməsinə yönəldiləcək.

Azərbaycan Ordusunun dünyanın ən müasir silah və hərbi texnikası, o cümlədən qabaqcıl informasiya texnologiyaları ilə təchiz edilmiş, geniş rabitə sistemlərinə malik peşəkar ordu kimi inkişaf etdirilməsi qoşunlarımızın gizli, operativ idarəolunmasını, onların manevr imkanlarının, ümümilikdə isə döyüş qabiliyyətinin artırılmasını təmin edəcək.

Zakir Həsənov Türkiyə müdafiə sənayesini təmsil edən nümayəndə heyəti ilə görüşdü - Foto

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …