Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Zakir Fərəcov Sumqayıtda eyvanları sökdürür

Zakir Fərəcov Sumqayıtda eyvanları sökdürür

Sumqayıtın yeni təyin edilən icra başçısı Zakir Fərəcov yaşayış binalarında olan eyvanların və artırmaların sökülməsi barədə göstəriş verib.

Bu barədə “Bizim yol” qəzetinə jurnalist Vüqar Qurdqanlı məlumat verib.

Onun sözlərinə görə, bir müddət əvvəl icra hakimiyyətinin yaxınlığında olan binalar daş örtüklə üzlənib. İndi isə binalarda eyvanların sökülməsi prosesinə başlanılıb ki, bu da soyuq havalarda sakinlərə ciddi problemlər yaradır.

“Çünki “təmir, abadlıq” dövründə mənzillərin soyuqdan və yağıntıdan qorunmasını təmin etmək mümkün olmayacaq. Bu bir yana, təqdim etdiyim fotolardan da göründüyü kimi, sözügedən eyvanlar binanın əsas hissəsinə bitişik tikilib. Deməli, həmin eyvanların sökülməsi faktiki olaraq insanların mənzilinin sökülməsi və qış aylarında evin açıq hava ilə birbaşa təmasda olması anlamına gəlir.

Mənim yaşadığım ev də həmin problemlə üz-üzədir. Qış aylarında evi qızdırmaq üçün istifadə etdiyimiz kondisionerlərin də sökülməsi tapşırığı verilib. İcra hakimiyyətinin Elməddin adlı işçisi deyir ki, bu gün günorta bütün balkonlar lomla uçurulacaq. Belə olsa, şəxsən mənim ailəm soyuq gecəni bir tərəfi yola açıq otaqda keçirməli olacaq” – deyə şikayətçi bildirib.

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …

Bir cavab yazın