Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  bundan ciddi narahatlıq duyduğunu bildirən müdafiə nazirinin sözlərinə görə, Rusiya SSRİ dönəmindəki hərbi qüdrət və nüfuzunu bərpa etməyə çalışır.

Ukrayna və Suriyadakı hərbi konfiliktlərdə yer alan Rusiyanın qərbdə hər hansı hərbi aktivlik sərgilməsi mümkündürmü? Rusiyanın mövcud potensialı buna imkan verirmi?

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Rusiyanın Qərb dövlətlərinə qarşı hərbi müstəvidə hər hansı addım atmaq niyyətində və potensialında olmadğını vurğuladı:

“Belə bir ehtimal və niyyət yoxdur. Bu və bu kimi bəyanatlar heç bir ciddi əsasa çalik deyil. Əvvəl sosialist düşərgəsi “yoxa çıxdı”, sonra Varşava Paktı, daha sonra isə SSRİ. Indi isə Rusiya zəifləməkdədir. Rusiya hər sahədə “üzüaşağı” gedən dövlətdir. Onun elə bir niyyəti yoxdur ki, Estoniyaya, yaxud Qərbin hər hansı ölkəsinə hücum etsin. Bu başqa məsələdir ki, Qərb Rusiyanın zəifləməsindən istifadə edərək mütəmadi şəkildə genişlənməkdədir. Onlar Rusiyanın Qərb sərhədlərinə xeyli qoşun yığıblar. Baxmayaraq ki, Qərb bu siyasətindən imtina edəcəyini demişdi. Rusiya isə Qərbin təhlükəsinin qarşısını almaq üçün sabiq sovet dövlətlərini əlində saxlamağa çalışır.

Rusiyanın hansısa ekspansiyaya başlaması üçün maddi, ideoloji, bəşəri və s. qüvvəsi yoxdur”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …