Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / MSK: Gürcüstanda seçkilərlə bağlı ən çox şikayət Marneuli və Zuqdididən daxil olub- VİDEO

MSK: Gürcüstanda seçkilərlə bağlı ən çox şikayət Marneuli və Zuqdididən daxil olub- VİDEO

Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkiləri ilə bağlı qeydə alınan şikayətlərin sayı 55-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Şikayətlərin 26-sı Zuqdidi, 17-si isə Marneuli rayonunun payına düşüb.

Qanun pozuntuları ilə bağlı müraciətlərin böyük əksəriyyəti prosedur qaydalarla əlaqədardır.


***

Marneuli rayon dairə seçki komissiyasında seçki pozuntuları ilə bağlı daxil olan şikayətlərin sayı 15-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu komissiyanın sədri Yakob Asanidze jurnalistlərə deyib.

O bildirib ki, şikayətlərin əksəriyyəti prosedur qaydaları ilə bağlıdır və onlar seçkinin nəticələrinə təsir etməyəcək.

Y.Asanidze rayonda seçkilərin dinc şəraitdə keçdiyini qeyd edib.


***

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …