Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Zəfər Günü tarixi ədalətin bərqərar olmasının rəmzidir” – Qazaxıstan səfirliyi

“Zəfər Günü tarixi ədalətin bərqərar olmasının rəmzidir” – Qazaxıstan səfirliyi

Noyabrın 8-i Azərbaycan xalqının birliyinin, sarsılmazlığının, iradənin əyilməzliyinin və məğrurluğunun nümayişi simvolu kimi, Azərbaycanın şərəfli salnaməsinə əbədi olaraq qızıl hərflərlə həkk olunub.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin feysbuk səhifəsində etdiyi paylaşımda deyilir.

“Zəfər Günü münasibətilə Qazaxıstan səfirliyi tarixi ədalətin, ölkənin ərazi bütövlüyünün BMT-nin Nizamnaməsi və qətnamələri ilə uyğun olaraq bərqərar olmasının rəmzi olan bu milli bayram ilə əlaqədar qardaş Azərbaycan xalqını ürəkdən təbrik edir.

Bu əlamətdar tarix Azərbaycan xalqının ölkənin dövlətçiliyinin və suverenliyinin möhkəmlənməsi naminə birliyinin, sarsılmazlığının, iradənin əyilməzliyinin və məğrurluğunun nümayişi simvolu kimi, Azərbaycan Respublikasının şərəfli salnaməsinə əbədi olaraq qızıl hərflərlə həkk olunub.

Qardaş Azərbaycana dayanıqlı inkişaf və tərəqqi, sülh və əmin-amanlıq, çiçəklənmə arzu edirik!”, – paylaşımda deyilir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …