Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Yelena Zelenskaya Qobustanla bağlı paylaşım etdi

Yelena Zelenskaya Qobustanla bağlı paylaşım etdi

Ukraynanın birinci xanımı Yelena Zelenskaya Azərbaycanın Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ilə bağlı instaqram səhifəsində paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o bildirib ki, sözügedən qoruqda Ukrayna dilində audiobələdçi də var:

“Qobustan 6 mindən çox qayaüstü təsvir tapılmış unikal yerdir. Planetdə incəsənətin yarandığı ilk yerlərin biridir”.

Y. Zelenskaya qeyd edib ki, hazırda 32 ölkədə Ukrayna dilində 50 audibələdçi var və bu say gələcəkdə artacaq.

Qeyd edək ki, müxtəlif ölkələrdə Ukrayna dilində audiobələdçinin tətbiqi layihəsi birinci xanımın şəxsi təşəbbüsüdür.  

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …