Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Yarım kub iynə vurulan kişinin bacısı danışdı –“Xoşqədəm qulağıma pıçıldadı ki…”

Yarım kub iynə vurulan kişinin bacısı danışdı –“Xoşqədəm qulağıma pıçıldadı ki…”

Kadrarxası görüntüləri yayılan “Səni axtarıram” verilişi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Moderator.az xəbər verir ki, meydan tv yarım kub iynə vurularaq studiyaya xərəkdə gətirilən Saməddin kişidən açıqlama alıb.
Saməddin kişi bunları deyib:
“Məni Xoşqədəm xanım gətirdi Sibirdən. Ayaqlarım işləmirdi. Altıma batırırdım. Sibirdən bura xərəkdə gətirilmişəm. Bunu hamı gördü, jurnalistlər də gördü. Gördülər ki, şalvarım batıb məni xərəkdə çıxardılar efirə”.
Bu haqda Saməddin kişinin bacısı Nəcibə xanım da açıqlama verib. O bildirib ki, qardaşının studiyaya xərəkdə gətirilməsindən xəbərdar olub:
“Qardaşım xəstə və aqressiv idi. İndinin özündə də yeriyə bilmir. 5 addım gedə bilmir, ancaq dəmirlə hərəkət edir. Onun xərəklə studiyaya gətirilməsindən xəbərim olub. Hətta Xoşqədəm xanım mənim qulağıma pıçıldadı ki, qardaşım altını batırıb. Buna görə də o, studiyaya xərəkdə gətirildi”.

 

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın