Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “YAP-da təpədən-dırnağa “ramizləşmiş” adam var…”

“YAP-da təpədən-dırnağa “ramizləşmiş” adam var…”

“Bizim hamımızın ağsaqqal kimi tanıdığımız Murtuz Ələsgərov Allahın rəhmətinə getmişdi. Həyətdə uzun çadır qurulmuşdu və ölkənin çox hörmətli insanları yas məclisinə gəlmişdilər”.

Bunu Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu Xeyrəddin Qoca sossial şəbəkədə yazıb. O, bildirib ki, yas məclisində qəfildən hər kəs ayağa qalxıb:

“Mən yerimdə ora-bura boylandım ki, görəsən nə olub? Yanımda ayaq üstə dik dayanan məhkəmə hakimi kürəyimi dürtmələdi ki, ayağa qalxım. Hələ heç nə başa düşmürdüm. Elə fikirləşdim ki, yəqin Prezdent gəlir. Yenicə qalxmışdım, gördüm Ramiz Mehdiyevlə Ramil Usubov qarşımızdan keçib, yas məclisini tərk edirlər! Əskər kimi dik dayanan oradakı “hörmətli” adamlar tamam gözümdən düşdülər! Nə isə, çox iyrənc görünürdülər!

YAP-da da təpədən-dırnağa “ramizləşmiş” belə bir adam var. Yığıncağa qəsdən yubanır, insanlarla dolu salona elə daxil olur ki, sanki aktyor kimi səhnəyə atılır, çoxları özünü itirib, ayağa qalxırlar!.. Nə qədər mənasız, məzmunsuz danışsa da, ona əl çalırlar!

Biz bu simasızların əlindən hara qaçaq?”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …