Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Xankəndidəki separatçı-terrorçu rejim Bakıya açıq şəkildə meydan oxuyur”

“Xankəndidəki separatçı-terrorçu rejim Bakıya açıq şəkildə meydan oxuyur”

Xankəndidəki separatçı-terrorçu rejim Bakıya açıq şəkildə meydan oxuyur, təkcə törədilən təxribatla yox, həm də verdikləri bəyanatlarla.

Bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, qondarma “dövlət naziri” Qurgen Nersisyan iddia edir: “Azərbaycan tərəfi qurbanlar verdi və geri çəkildi, “arsax” ərazisi itkisi verməyib”.

“Separatçı rejim bəyan edir: “arsax” rəhbərliyi orduya istənilən hücuma layiqli cavab vermək və amansızlıqla cəzalandırmaq əmri verib”.

Mövcud vəziyyətdə bu qədər sərt ritorika təkcə ictimai rəyə hesablanmış kimi görünmür, həm də arxayın olduqları nəsə var və aydındır ki, bu ritorikanın arxasında Rusiya dayanır. Çünki gərginlik “təmasların qurulması” perspektivi fonunda separatçılara da, ruslara da sərf edir. Hərçənd, Bakının nəticəsiz gərginliyə getməyəcəyi, bu situasiyada cavabının Qarabağdakı mənzərəni tamamilə dəyişdirəcəyi ehtimalı daha çoxdur”, – siyasi şərhçi vurğulayıb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …