Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Vəkili Taleh Bağırovla bağlı Baş prokurora müraciət etdi

Vəkili Taleh Bağırovla bağlı Baş prokurora müraciət etdi

“Müsəlman Hərəkatı” Birliyinin həbsdə olan sədri Taleh Bağırovun vəkili Cavad Cavadov baş prokuror Zakir Qaralova kütləvi informasiya vasitəsi ilə müraciət edib.

Modern.az saytının verdiyi məlumata görə, müraciətdə bildirilir:

“Taleh Bağırovun hüquqlarının müdafiəsi üçün qardaşı ilə müqavilə bağladıqdan sonra, dekabr ayının 1-də vəkil orderini, vəsiqəmin surətini qanuna müvafiq qaydada istintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə təqdim etmişəm. Eyni zamanda, dekabrın 1-də Taleh Bağırovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nəsimi rayon Məhkəməsinin noyabrın 27-dəki qərarından apelyasiya şikayəti vermişəm.

Dekabrın 2-də işə apelyasiya qaydasında baxılıb və şikayətim təmin edilməyib. Taleh Bağırov apelyasiya məhkəməsinə saxlanıldığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən gətirilməyib. Onunla konfedensial ünsiyyət saxlamaq mümkün olmadı, üzərində görünən çox ciddi xəsarətlər vardı, halsız idi. Ona elan olunan ittihamda özünü təqsirli hesab etmir. İndiyədək onunla vəkil kimi görüşmək imkanı yaradılmır və ailəsinin gətirdiyi paltar, digər zəruri ləvazimatlar qəbul edilmir”.

Vəkil müraciətində “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunu xatırladıb: “Cinayət Prosessual Məcəllənin tələblərinə görə məhkəmə qərarı ilə həbs olunan şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir.

Taleh Bağırovun təqsirləndirilən şəxs kimi hüquqlarının təmin edilməsi, o cümlədən müdafiə hüququnun təmin edilməsi, mümkün ola biləcək işgəncə hallarının araşdırılmasını xahiş edirəm. Eyni zamanda bu hüquqlarımın təmin edilməsi üçün məhkəmə nəzarəti qaydasında şikayət verirəm”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın