Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / “Ukraynanın ağlı varsa, Donbassa hərbi müdaxilə etməz”

“Ukraynanın ağlı varsa, Donbassa hərbi müdaxilə etməz”

“Əgər Ukrayna iqtidarı Donetskə və Luqanska (Donbassa) hərbi müdaxilə etməsə, onda Rusiya da buraya müdaxilə etməyəcək”

Bunu Yenisabah.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib. O, Qərb ölkələrinin bu müünaqişədə maraqlı olduğunu qeyd edib.

“Qərb ölkələri hansılar ki, Ukraynanı silahlandırırlar, deməli, Ukraynanı müharibəyə şirnikləndirirlər. Ukrayna iqtidarında qeyri-adekvat insanlar var ki, bu silahlanmadan qürrələnir və Donbassa girməyə cəhd etmək istəyirlər. Bu zaman Rusiya prezidenti Vladimir Putin deyib ki, belə olan halda Ukraynanın olum-ölüm məsələsi olacaq. Ona görə də, Ukraynanın ağlı varsa, Donbassa hərbi müdaxilə etməz. Əgər etsə, bütün günahlar Qərbin üzərinə qalacaq.

Hesab edirəm ki, bunlar ABŞ-ın Rusiyanı müharibəyə cəlb etmək məqsədidir. Amma, eyni zamanda da, özü müdaxilədən çəkinir, çünki qorxur Rusiyadan. Onu da deyim ki, Ukraynaya görə, heç kəs müharibə aparmayacaq. Müharibənin başlama ehtimalı isə baxır Ukrayna iqtidarının ağlına”.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …