Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Ukrayna ordusu Rusiyanın ərazisinə 20 kilometr irəliləyəcək” – Rəsul Quliyev

“Ukrayna ordusu Rusiyanın ərazisinə 20 kilometr irəliləyəcək” – Rəsul Quliyev

“Əgər Ukrayna ərazilərini müharibə yolu ilə azad etmək qərarını qəbul etsə (Krımdan başqa), bu müharibə maksimum bir ay çəkər. Rusiya o əraziləri müdafiə etmək üçün ora indikindən azı 3 dəfə çox qüvvə toplamalıdır. Rusiyanın tanklarını, artileriya sistemlərini, havdan müdafiə S-200, 300-ləri ABŞ-ın verdiyi tank əleyhinə artileriya məhv edəcək”.

Bunu sabiq spiker Rəsul Quliyev deyib.

R.Quliyev bildirib ki, Ukraynanın əsgər və zabitləri rusların əsgər və zabitlərindən dəfələrlə cəsur və qətiyyətlidir: “Bunu yaddan çıxarmaq olmaz. Fikirimcə, Ukrayna ordusu ilk növbədə bir neçə günə bütün separatçıları iki yerə parçalayacaq və qalan əraziləri 3 tərəfdən mühasirəyə alacaq. Nəzərə alsaq ki, bu ərazilərdə əhalinin 50 faizindən çoxu rus deyil, içəridən Ukrayna ordusuna kömək güclənəcək. Rusiya havadan bombalamağa cəsarət etməyəcək, çünki Ukraynanın zenit artilleriya və raket sistemi çox sayda hərbi təyyarə məhv edə biləcək .Rusiya o zonaya ordu toplayana qədər torpaqlar azad ediləcək, bəzi istiqamətlərdə Ukrayna ordusu Rusiyanın ərazisinə  10-20 km irəliləyəcək. Ondan sonra danışıqlara başlamaq olar”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …