Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Türkiyənin yeni səfiri Bakıya gəldi – FOTOLAR

Türkiyənin yeni səfiri Bakıya gəldi – FOTOLAR

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağçı bu gün Bakıya gəlib.

Bu barədə diplomat Tvitter hesabında paylaşım edib.

“Bu gün Bakıda gördüyüm ürəklərdən daşan qardaşlıq ruhudur”, – deyə səfir qeyd edib.

Xatırladaq ki, yeni səfir bu vəzifədə diplomatik missiyası başa çatmış Erkan Özoralı əvəz edir. C.Bağçı daha əvvəl Türkiyə Böyük Millət Məclisinin deputatı olub.

Cahit Bağçının Bakıdan paylaşdığı fotoları təqdim edirik:

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …