Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Tural Gəncəliyevdən Xankəndi məktəbi ilə bağlı müraciət

Tural Gəncəliyevdən Xankəndi məktəbi ilə bağlı müraciət

“Artıq uzun illərdir ki Azərbaycanda ölkə rəhbərliyi tərəfindən neft kapitalının insan kapitalına çevirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Bu işlərin nəticəsidir ki, ölkəmizdə təhsilin keyfiyyəti nəzərə çarpacaq dərəcədə yüksəlib, dünyanın ən mötəbər ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrin sayı artıb”.

Belə ki, 122 saylı Xankəndi seçki dairəsini Milli Məclisdə təmsil edən deputat Tural Gəncəliyev bu fikirləri Milli Məclisdəki çıxışında söyləyib.

Millət vəkili bildirib ki, qeyd etdiyi məqamlar Azərbaycan xalqının 44 günlük Vətən Mübaribəsi zamanı Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşərək Qarabağımızı azad etməsində də böyük rol oynadı. “İndi ölkə olaraq bizim qarşımızda duran ən önəmli vəzifələrdən biri işğaldan azad edilmiş Qarabağımıza ləyaqətli şəkildə qayıtmaq və orada normal həyatı bərpa etməkdir. Bu istiqamətdə atılması vacib olan addımlardan biri də ümumilikdə Qarabağ bölgəsində yaşayacaq vətəndaşlarımızın, xüsusilə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərə qayıdacaq gənclərimizin təhsil səviyyəsini daha da yüksəltməkdir. İşğaldan azad edilmiş Qarabağ bölgəmizin yenidən qurulmasının və Azərbaycanın digər hissələri ilə reinteqrasiyasının ən yüksək şəkildə təşkil edilməsi üçün qarabağlıların və Qarabağa köçmək arzusunda olan vətəndaşlarımızın peşə bacarıqlarının və təhsil səviyyələrinin artırılması bizim maraqlarımıza xidmət edəcəkdir”.

T.Gəncəliyev gənc nəslin yetişməsində təhsilin ən vacib element olduğuna inanaraq, təmsil etdiyi Xankəndi seçiciləri tərəfindən daxil olmuş bir məsələni əlaqədar qurumların diqqətinə çatdırıb: “Gəncə şəhəri, Bayan küçəsi 143a, həmçinin C.Rəfibəyli küçəsi 55a ünvanlarında Gəncə Dövlət Regional Kollecinin və Gəncə Dövlət Universitetinin yataqxanalarında təxminən 250 ailə müvəqqəti olaraq məskunlaşmışdır. Həmin ərazidə Xocalı rayon, Xankəndi şəhər Natiq Şahmuradov adına 6 nömrəli Kərkicahan qəsəbə tam orta məktəbi fəaliyyət göstərsə də, məktəb qəzalı vəziyyətdədir və bu amil təhsilin səviyyəsinə mənfi təsir göstərir.

Qeyd etdiyim Xankəndi şəhər Natiq Şahmuradov adına 6 nömrəli Kərkicahan qəsəbə tam orta məktəbinin şəraitinin yaxşılaşdırılması üçün həmin məktəbə dəyərləndirmə komissiyasının göndərilməsini və müvafiq hesab edilərsə həmin ərazidə yaşayan ailələrin övladları üçün Xankəndiyə köçürülənə qədər yeni məktəb binasının ayrılması imkanlarının nəzərdən keçirilməsini xahiş edirəm. Təhsil millətin gələcəyidir. Millətimizin tarixi torpağı olan Qarabağımızda gələcəyimizin təməlləri möhkəm olsun!”

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …