Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Süni əsaslar üzərində qurulan dövlətçiliyin gələcəyi yoxdur”

Təbriz Musayev: “Süni əsaslar üzərində qurulan dövlətçiliyin gələcəyi yoxdur”

Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Rusiya ilə sərhədlərin açılması bu axını daha da sürətləndirib. Təkcə cari ilin yanvarında 10 minə yaxın erməni Rusiya, Ukrayna və digər ölkələrə üz tutub. Ukraynaya getmək istəyənlər müəyyən problemlərlə üzləşiblər. Onların bəziləri ya geri qayıdıb, ya da başqa ölkələrə üz tutublar. Ermənilər ən çox Rusiyaya gedirlər. Ötən il 30 min 500 Ermənistan vətəndaşına Rusiya pasportu verilib.

Erməni mediası yazır ki, Paşinyan hakimiyyətə gələndən sonra Rusiyada vətəndaşlıq alan ermənilərin sayı ilbəil artmaqdadır. Qeyd edilir ki, 2018-ci ildə 27 min, 2019-cu ildə 24 min, 2020-ci ildə isə 30 500 erməni Rusiya vətəndaşlığı alıb. Ümumiyyətlə, son 3 ildə 82 min Ermənistan vətəndaşı Rusiya pasportu alıb. Erməni analitiklər hesab edirlər ki, ermənilərin başqa ölkələrə köç etməsi əsasən Ermənistandakı acınacaqlı vəziyyətlə əlaqədardır. Hesablamalara görə, ölkədə təbii artım da xeyli azalıb. Əgər belə davam edərsə, Ermənistanda demoqrafik vəziyyət çox acınacaqlı olacaq və ölkədə təxminən bir milyona yaxın əhali qalacaq.

Bütün hallarda, görünən odur ki, məhz Paşinyanın hakimiyyəti dövründə həm ölkəni tərk edənlərin, həm də Rusiya vətəndaşlığı alanların sayı artıb. Bu isə Paşinyanın apardığı “iqtisadi islahatların” heç də səmərəli nəticə vermədiyini göstərir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Paşinyandan sonra Ermənistanda iqtisadiyyatın dirçəlməsi ilə bağlı deyilənlər, sadəcə, ucuz nağıl idi: “Əvvəla Ermənistan süni yaradılan bir dövlətdir. Tarixən ermənilərin dövlətçilik ənənələri olmayıb. Sadəcə, o vaxt Rus imperiyası Türk dünyası arasında əlaqəni qırmaqdan ötrü erməniləri Cənubi Qafqaza köçürərək başımıza bəla edib. Rusiyanın strateji məqsədlərə hesablanmış bu siyasətinin həyata keçirilməsi fars şovinistlərinin də işinə yarayıb. Bunun nəticəsi idi ki, ermənilər xislətlərinə xas olaraq Osmanlı imperiyasına xəyanət etdilər. Sonrakı proseslər də məlumdur. Ancaq tarix göstərir ki, süni əsaslar üzərində qurulan dövlətçiliyin gələcəyi yoxdur. Haçansa belə bir dövlət iflasa məhkumdur. Bax, biz Ermənistanda müşahidə edilən kütləvi miqrasiya timsalında bunu görürük. Tarixi Azərbaycan ərazilərində yaradılan Ermənistan boşalır və buna məhkumdur. SSRİ dönəmində, pis-yaxşı, ermənilərin sayı müəyyən qədər artdı. Ancaq SSRİ-nin süqutundan sonra gedən proseslər bunun əksini göstərdi. Qarabağın işğal edilməsi belə, Ermənistandakı demoqrafik böhranı səngidə bilmədi. Ölkə daha da yoxsullaşdı və bu da miqrasiyanı sürətləndirdi. Paşinyan Qərbpərəst bayraq altında hakimiyyətə gələndə bəziləri sadəlövhcəsinə ümid edirdilər ki, onun fəaliyyəti ölkədəki iqtisadi vəziyyəti müsbət mənada dəyişəcək. Ancaq onun dövlət idarəçiliyinə populistcəsinə yanaşması bütün gözləntiləri puç etdi. Bu səbəbdən həm ölkədən köçənlərin, həm də Rusiya vətəndaşlığı alan ermənilərin sayı artır”.

İAT sədri onu da qeyd etdi ki, pandemiya ilə bağlı qadağalar yumşaldıqca, Ermənistandan miqrasiya daha da artacaq.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …