Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Proseslər elə sürətlə inkişaf edir ki, bu hər an baş verə bilər”

Təbriz Musayev: “Proseslər elə sürətlə inkişaf edir ki, bu hər an baş verə bilər”

Ermənistan rəsmilərinin həyasızlığına bax ki, Avropa İttifaqı missiyasını sərhədlərin delimitasiya prosesinə qoşmaq istəyirlər. Sərhədə onları birtərəfli şəkildə gətirmələri azmış kimi, indi də delimitasiya prosesində iştirakını arzulayırlar.

Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan yerli telekanallardan birinə açıqlamasında bu məsələni gündəmə gətitib. A.Qriqoryan deyib ki, Avropa İttifaqı müşahidəçilərinin sərhədlərin delimitasiyası məsələlərində iştirak etmək mandatı yoxdur: “Lakin onlar bu məsələdə məsləhət vermək şəklində faydalı ola bilərlər. Aİ-nin mülki missiyası Ermənistan üçün çox vacibdir. Missiyanın Azərbaycan ərazisində olması arzuolunan olardı, amma bu baş vermədi. Ermənistan bunu sülh gündəminə töhfə verəcək sabitləşdirici amil hesab edir. Delimitasiya məsələsində onların məsləhətindən istifadə etmək faydalı olar”.

Daha sonra Qriqoryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qaralayıb: “KTMT Ermənistanın sərhədlərini tanımır, bu ciddi problemdir, çünki sərhəd yoxdursa, deməli, məsuliyyət sahəsi də yoxdur”.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bu, Rusiyaya verilmiş növbəti mesajdır: “İlk baxışdan bu təəccüblü görünə bilər. Ən azından ona görə ki, iki ölkə sərhədlərinə dair xəritələr Rusiya Müdafiə Nazirliyinin Baş Qərərgahındadır. Belə olan halda Avroittifaqın bu məsələyə nə dəxli? Məsələ ondadır ki, bütün bunlar ümumi siyasətin tərkib hissəsidir. Ermənistanın Rusiyadan böyük asılılığı olsa da, Paşinyan ölkəni Qərbə yaxınlaşdırmaq istəyir. Bu istiqamətdə nə mümkündürsə, onu edir. Məgər Aİ missiyasının Ermənistana gətirilməsi təsadüf idi? Əsla yox. Bu, Fransanın ideyası əsasında Avroittifaq çətiri altında həyata keçirilən siyasətdir. Avropa təsisatları Ermənistanda möhkəmlənəndən sonra onlar rahatlıqla KTMT-dən çıxacaqlar. Proseslər elə sürətlə inkişaf edir ki, bu hər an baş verə bilər. Paşinyan Ukrayna müharibəsinin gedişini izləyir. Əminliklə deyirəm ki, yazda Ukrayna döyüşdə təşəbbüsü ələ alıb hücuma keçəndən sonra erməni tərəfi Rusiyaya qarşı daha açıq mövqedən çıxış edəcək. Çünki satqınlıq, xəyanət etmək, arxadan vurmaq ermənilərin genindədir. Baxın, Ermənistan 44 günlük Vətən müharibəsində məğlub oldu. Həmin vaxt Rusiya İran üzərindən Ermənistana kütləvi silah daşıyırdı. Ancaq ermənilər bununla qane olmadılar. Dedilər ki, bu azdı. Gərək Rusiya onların yerinə vuruşardı. Ona görə də 2021-ci ilin iyun seçkilərində ermənilər müharibədə məğlub Paşinyana səs verdilər. Bu, daha çox Rusiyaya olan etirazın göstəricisidir. Ona görə də, A.Qriqoryanın təklifində müəyyən mənada təəccüblü bir şey yoxdur. Bu, Rusiyaya qarşı olan növbəti demarşdır. Ermənilər ikiəlli razıdılar ki, fransızlar, almanlar prosesə cəlb olunsun, amma Rusiya bu işdə olmasın”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …