Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “İordaniyanın bu addımı islam prinsiplərinə tüpürməsi anlamına gəlir”

Təbriz Musayev: “İordaniyanın bu addımı islam prinsiplərinə tüpürməsi anlamına gəlir”

Ermənistan Hindistan və İordaniyadan ən fəal silah idxalçılarından birinə çevrilib. Bu barədə Stokholm Sülh Problemləri Araşdırmaları İnstitutu tərəfindən hazırlanmış “Beynəlxalq silah ticarətində tendensiyalar” hesabatında deyilir.

Sözügedən hesabatda qeyd olunur ki, 2017-2021-ci illər ərzində Hindistanın silah ixracında Ermənistanın payı 13 faiz təşkil edib. Beləliklə də, İrəvan Hindistandan silah idxalı həcminə görə üçüncü ölkə olub. Eyni zamanda, Ermənistanın İordaniyanın silah ixracatında payı 10 faiz təşkil edib. O da məlum olub ki, bu göstərici ilə Ermənistan İordaniyadan da silah idxalı həcminə görə üçüncü öllkə olub.

Bu da bəzi ərəb ölkələrinin göstərdiyi “islam həmrəyliyi”. Məscidləri, islam irsinə aid nümunələri dağıdan, müsəlman müqəddəs məkanlarını təhqir edən Ermənistanla münasibət qurmaq azmış kimi, İordanıyanın Ermənistana silah ixrac etməsi nə deməkdir? Hansı ki, İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana təcavüz faktını tanıyan ilk beynəlxalq qurum olub. Təşkilatın zirvə görüşlərində daim Dağıq Qarabağ problemi diqqət mərkəzində saxlanılıb və bu barədə kifayət qədər aydın, beynəlxalq hüquq normalarına əməl olunmasını tələb edən bəyanatlar qəbul edilib. Təşkilatın 1993-cü ildə Kəraçidə (Pakistan) keçirilmiş xarici işlər nazirlərinin 21-ci konfransında ilk dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul edilib. Qətnamədə Ermənistanın Azərbaycana qarşı hücumları və respublikamızın torpaqlarını işğal etməsi qətiyyətlə pislənilir, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyi bildirilirdi.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bir sıra ərəb ölkələrinin Ermənistanla məxsusi yaxınlaşma kursunu götürməsi biabırçı bir mənzərədir: “Heçolmasa İKT-nin o vaxt qəbul etdiyi qətnaməyə hörmət etsinlər. 2020-ci ilin payızinda şanlı ordumuzun Ermənistanın 30 illik işğalına son qoyması o demək deyil ki, bu dövlətlə isti münasibətlər qurulmalıdır. Təbii ki, yox. Ona görə ki, işğalın vurduğu zərərlər aradan qalxmayıb, Ermənistan revanşist ambisiyalarından əl çəkməyib. Əfsuslar olsun ki, bir sıra ərəb ölkələri Ermənistanla ənənəvi yaxın münasibətlərə malikdir. Məsələn, başda Livan olmaqla Suriya, İordaniysa, Misir Ərəb Respublikası Ermənistanla münasibətlərin genişləndirilməsinə xüsusi önəm verirlər. Heç kəsə sir deyil ki, ASALA erməni terror təşkilatı 1975-ci ildə Livanda yaradılıb. Məşhur Beka vadisi erməni terrorçuların məskənlərindən biri olub. Oradakı hərbi düşərgələrdə təlim keçən ASALA- terrorçuları Birinci Qarabağ müharibəsində aktiv iştirak ediblər. Ərazilərimizin işğal olunmasında xüsusi fəallıq göstəriblər. Onların başında duranlardan biri də Monte Melkonyan olub. M.Melkonyan Kaliforniyada doğulub böyüsə də Yaxın Şərqdəki terrorçularla aktiv təmasda olub. Bütün bunlar yaxın tarixdə baş verdiyi üçün bununla bağlı çoxsaylı sübutlar var. Son vaxtlar Birləşmiş Ərəb Əmirliyi də Ermənistanla ysxınlaşma kursu götürüb. İordaniya Krallığının Ermənistana silah satması islam prinsiplərinə tüpürməsi anlamına gəlir. Çünki buna başqa ad verməkdə çətinlik çəkirəm. Bunlar anlamaq istəmir ki, Ermənidstan aqressor olmaqla yanaşı, müsəlman abidələrinə divan tutub. İslam ümmətindən danışıb belə bir ölkəyə silah ixrac etmək cinayətdir”.

Bu baxımdan İAT sədri hesab edir ki, ərəb ölkələri Ermənistanla bağlı siyasətlərinə yenidən baxmalıdır.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …