Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Görün, bunlar necə vəhşi məxluqdurlar ki, cəsədlərinə belə sahib çıxmırlar”

Təbriz Musayev: “Görün, bunlar necə vəhşi məxluqdurlar ki, cəsədlərinə belə sahib çıxmırlar”

“İndi mülki şəxslərin və həlak olanların cəsədlərinin Gürcüstan ərazisindən çatdırılması üzərində işləyirik. Əgər onlar bu cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?! Görün, biz kiminlə vuruşuruq”.

Bunu Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində deyib.

Ölkə başçısının sözlərinə görə, artıq çoxdandır ki, həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə söhbət gedir: “Mən həlak olmuş erməni hərbçilərinin cəsədləri barədə tapşırıq vermişəm ki, onları maksimum dərəcədə refrijiratorlarda (soyuducularda), soyuq yerlərdə saxlasınlar, biz hamımız bilirik, insanların cəsədləri qalanda nə hala düşür. Hər dəfə erməni tərəfi imtina edir. Buna görə dünən mən qərar qəbul etmişəm ki, Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsi birtərəfli qaydada Ermənistana verilsin. Üstəgəl, daha iki mülki şəxsi – bu ahıl insanları da verəcəyik. Dünən biz bunu etməyə çalışdıq, onları maşınlarla sərhəd tərəfə yola saldıq. ATƏT-in ofisini, Qırmızı Xaç Komitəsini bu işə cəlb etdik, lakin erməni tərəfi onları qəbul etmir. Onlar həlak olmuş insanlarının cəsədlərini qəbul etmirlər. Ümumiyyətlə, bu, nə deməkdir, bunu necə izah edəsən? Ümumiyyətlə, bu, hansı insani əxlaq normalarına sığır? Biz, hər halda, cəsədləri verəcəyik. İndi mülki şəxslərin və həlak olanların cəsədlərinin Gürcüstan ərazisindən çatdırılması üzərində işləyirik. Əgər onlar bu cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?! Görün, biz kiminlə vuruşuruq. Başa düşürsünüz?”.

Prezident qeyd edib ki, bunu hamı başa düşməlidir: “Onların bütün saxta, yalvarış dolu bəyanatlarını da. Onların ah-vayı, ağlamaları – bunlar hamısı yalançı göz yaşlarıdır. Biz onları yaxşı tanıyırıq. Buna görə Rusiya ictimaiyyəti onların yalanlarına, böhtanlarına aldanmamalıdır. Bəli, aydındır ki, onlar Rusiya Federasiyasında inteqrasiya ediblər. Təkcə orada yox, Fransada da, Amerikada da. Onlar mediada da yer tutub, ictimai fon yaradırlar. Lakin insanlar bizim kiminlə vuruşduğumuzu başa düşməlidirlər”.

Prezident sözügedən fikirləri ilə həm də dünyaya bir mesaj vermiş oldu ki, görün, kimi müdafiə edirsiniz. Yəni dünya ictimaiyyəti bilməlidir ki, bunlar mənəviyyatdan, insani kriteriyalardan tamamilə uzaqdırlar. O üzdən, bu cür xislətə malik olan milləti müdafiə etmək doğru deyil.

Bütövlükdə, bax, bu mesajlar dünyaya necə təsir edəcək?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, Prezidentin toxunduğu sözügedən məqamlar bu baxımdan çox əhəmiyyətli rol oynayacaq: “Çünki sözügedən fikirlərin timsalında dünyaya məlum oldu ki, erməni tərəfi necə vəhşi və idbar xüsusiyyətlərə malikdir. Onlar necə saxta və ləyaqətsizdirlər. Düzdür, uzun illərdir biz bunu yaxşı bilirik, amma dünya ictimaiyyəti bunu bizim qədər bilmir. Xüsusən də illərdir ermənilərin maraqlarından çıxış edən, hər fürsətdə onlara qahmar çıxan ölkələr, onların ictimaiyyəti bunları bilməlidir. Çünki Prezident İlham Əliyev sözügedən məqamlara toxunaraq, çox müfəssəl şəkildə ermənilərin iç üzünü, simasını açdı. Görün, bunlar necə vəhşi məxluqdurlar ki, cəsədlərinə belə sahib çıxmırlar. Dünya tarixinə nəzər salsaq görərik ki, ermənilər xaric, heç bir millət bu cür qeyri-insani yanaşma ortaya qoymayıb. O baxımdan hesab edirəm ki, erməniləri müdafiə edən dövlətlər bütün bunlardan ciddi nəticə çıxarmalıdırlar. Çox güman ki, ölkə başçısının məlum fikirlərindən sonra dünya ictimaiyyətinin ermənilərə münasibəti mənfi mənada dəyişəcək”.

Müsahibimiz onu da qeyd etdi ki, bütün müstəvilərdə ermənilərin xəbis simasını ifşa etməliyik və bu işdə fəal olmalıyıq. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …