Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Siyavuş Novruzovdan siyasi partiyalarla bağlı təklif

Siyavuş Novruzovdan siyasi partiyalarla bağlı təklif

“Siyasi partiyaların maliyyə hesabatları ilə əlaqədar məsələ qaldırmışam. Bu yaxınlarda ATƏT rəsmisi ilə görüşdə də o, QHT-lərlə bağlı bir neçə məsələ qaldırdı. Söhbət xaricdən qrant alınmasından gedir. Görünür, o, məsələnin mahiyyətini düzgün başa düşməyib. İstənilən QHT xaricdən qrant ala bilər, amma o, maliyyə hesabatı verilməlidir. O cümlədən Siyasi partiyalar haqqında qanuna, maliyyə hesabatı verməyənlərlə bağlı dəyişiklik edilməlidir”.

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov bu fikirləri Milli Məclisin icalsındakı çıxışında bildirdi. O, qeyd etdi ki, bir qrup partiya hesabat verməkdən boyun qaçırır: “O cümlədən QHT-lərlə bağlı etdiyimiz dəyişikliklər bynəlxalq təşkilatlara düzgün çatdırılmalıdır. Yoxsa onlar müxalifət mətbuatı vasitəsilə bu barədə informasiya almamalıdır. Düzgün məlumat verilməlidir ki, beynəlxalq təşkilatlar bizim hər hansı təşkilatın fəaliyyətini məhdudlaşdırmaq istədiyimizi düşünməsin”.

S.Novruzov Azərbaycana təzyiqlər edən beynəlxalq təşkilatlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini də təklif etdi: “Biz hər bir tövsiyəni yerinə yetirməyə hazırıq. Ancaq bizim üzərimizdə elə bir qurum yoxdur ki, biz onun tələblərinə “ləbbeyk” deyək”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …