Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Silahlı Qüvvələrdə “Açıq qapı” günü – Foto

Silahlı Qüvvələrdə “Açıq qapı” günü – Foto

Müdafiə nazirinin tapşırığına əsasən Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil edilib.

 

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, gün ərzində ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkiblər.

 

Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlər müzakirə edilib, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib.
Hərbi hissələrdə təşkil olunan “Novruz” şənliklərində tonqallar qalanıb, hərbçilərə bayram sovqatları təqdim olunub və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar təşkil edilib.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın