Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Sarkisyan Berlində etirazla qarşılandı – Azərbaycanlıların mitinqi +Foto+Video

Sarkisyan Berlində etirazla qarşılandı – Azərbaycanlıların mitinqi +Foto+Video

Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyan bu gün Almaniyaya səfərə gedib. O, səfər əsnasında Almaniya kansleri Angela Merkel və Almaniya dövlət başçısı Yoaxim Qaukla görüşərək Qarabağ məsələsini müzakirə edəcək.

“Qafqazinfo”nun məlumatına görə, hazırda görüşün baş tutacağı Federal Kansler binasının qarşısında xeyli sayda azərbaycanlı var. Onlar erməni prezidentinə qarşı keçirilən mitinqdə iştirak edərək bir milyondan çox məcburi köçkünə dəstək nümayiş etdirir, son günlər cəbhə xəttində baş verən erməni təxribatlarına etiraz edirlər.

Etiraz mitinqində iştirak edən soydaşlarımızın sözlərinə görə, hazırda Sarkisyan Federal Kansler binasına daxil olub. Aksiya iştirakçıları “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndirir. Binanın qarşısında 300-dən çox etirazçı var.

 

Sarkisyan Berlində etirazla qarşılandı  -  Azərbaycanlıların mitinqi +Foto+Video
Sarkisyan Berlində etirazla qarşılandı  -  Azərbaycanlıların mitinqi +Foto+Video
Sarkisyan Berlində etirazla qarşılandı  -  Azərbaycanlıların mitinqi +Foto+Video

 

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın